“AzəriKard” beynəlxalq mükafata layiq görülüb


Digərləri 24 Dek 2018 16:40:00 281 0

“AzəriKard” beynəlxalq mükafata layiq görülüb

Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Caspian Business Award 2018” beynəlxalq mükafatına layiq görülüb.

Bakı. Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan “AzəriKard” “Caspian Business Award 2018” beynəlxalq mükafatına layiq görülüb. Şirkətdən Trend-ə verilən məlumata görə, dekabrın 20-də baş tutan tədbirdə “Qabaqcıl texnologiyaların və beynəlxalq təcrübənin elektron ödəniş mühitində tətbiqinin genişləndirilməsi üzrə ilin şirkəti” nominasiyası üzrə mükafat “AzəriKard”-ın baş direktoru Fərid Quliyevə təqdim edilib.