Taleh Yüzbəyov “Maşın” haqqında:


Şou-biznes 24 Dek 2018 16:04:00 621 0

Taleh Yüzbəyov “Maşın” haqqında:

Məni dəstəkləyən və mənə görə narahat olan hamıya ürəkdən minnətdaram. Dünyada hər şeyin əvvəli və axırı var. Bu oyun kimi. Maşın şouda mən bir maşın itirib, neçə-neçə yaxşı dost qazandım ki, bu, mənim üçün çox şeydən üstündür. Sərxandan bir zərrə də incikliyim yoxdur və sizdən xahiş edirəm ki, onu təhqir etməyəsiniz. İnsanlar müxtəlif olduğu kimi dəyərləri də müxtəlifdir.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Taleh Yüzbəyov İnstaqram hesabında yazıb. Oyundan çıxdığı üçün təəssüflənmədiyini qeyd edən aktyor tezliklə yeni videoları ilə izləyicilərini sevindirəcəyini vurğulayıb:

"Bu gün maşınım yoxdur, amma mən nə vaxtsa pul yığıb, özümə maşın ala biləcəm. Lakin həyatda elə şeylər var ki, onu pul yığıb almaq olmur. Məsələn, insanların sevgisi kimi. Bir də ədalət naminə deməliyəm ki, bu şouda qərarları Murad idarə etmir. Bunu şouda olan adam kimi əminliklə deyirəm. O, sadəcə, bizdən mövqe bildirməyimizi xahiş edirdi, başqa heç nə. Məni bu oyuna dəvət etdiyi üçünsə ona xüsusi təşəkkür edirəm. Tezliklə fəaliyyətimi davam etdirəcəm. Yeni ilə kimi çatdırsam bir video, gələn ay isə "Zəhər tuluğu"nun ikinci hissəsini çəkəcəm. Çəkiləsi hələ çox video var".