“O adamı necə tapım?” Rövşanənin adından istifadə edib


Şou-biznes 24 Dek 2018 15:41:00 398 0

“O adamı necə tapım?”  Rövşanənin adından istifadə edib

ARB TV-nin həftə sonları efirə gedən "Düz Bazar" verilişində bu həftə də maraqlı məsələyə toxunulub.

Son.az bildirir ki, "Cinayətə sürükləyən səbəblər" mövzusu ətrafında müzakirə zamanı verilişin aparıcısı Rövşanə Ağasəfqızı başına gələnlər haqda bəhs edib: "Mənim adıma 3 İnstaqram səhifəsi açılmışdı. Məhkəməyə filan vermədim, çünki kifayət qədər uzun prosesdir. Bir uşaq xəstədir deyilərək mənim adımdan 200 manat pul yığılıb. Xəbərim yox idi, təsadüfən xəbərim oldu. Tələbə yoldaşım mənə yazdı ki, "şübhələndim ki, bu, sən deyilsən, sənin yazı üslubuna oxşamadı". Bundan sonra ciddi şəkildə məsələnin üzərinə getdim və əməkdaşlarımızın köməkliyi ilə saxta hesabı bağladıq. Bu, birbaşa cinayətdir. Mən o adamı necə tapım?"


Xəbərə aid foto