"Sərxan ikinci Roza olmaq istəyir"


Şou-biznes 24 Dek 2018 14:16:00 507 0

"Sərxan ikinci Roza olmaq istəyir"

Son günlər sosial şəbəkədə ən çox müzakirə edilən mövzu "Maşın" realiti-şounun iştirakçılarıdır

Son günlər sosial şəbəkədə ən çox müzakirə edilən mövzu "Maşın" realiti-şounun iştirakçılarıdır.

Son.az axşam.az-a istinadən bildirir ki, bir çoxları oyunun 17-ci buraxılışının çox maraqsız olmasından gileylənib. İstifadəçilərin əksəriyyəti "Maşın" tarixində ən maraqsız buraxılış" kimi şərhlərlə oyunu pisləyib. Hətta şou-biznes nümayəndələrinin əksəriyyəti də oyunun maraqsızlığından gileylənib. Bunlar arasında aktrisa Pərvin Abıyeva da yer alıb.

"Maşın" şouda müzakirə olunan digər məqam isə aparıcı-aktyor Sərxan Kərəmoğlunun aqressiv davranışlarıdır. Şouda səs-küy yaratmaq istəyən Sərxan bir az irəli gedib. Onun təkcə elə aktyor, vayner Mənsur Şəriflə səsvermədə yarışdığı gün davranışları tənqid edilib. Heç kimə danışmağa imkan verməyən, hətta hamıya qışqıran Sərxan studiyada oturan əl çalan tamaşaçılara da qışqırıb.