Səfir: "Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir"


Siyasət 24 Dek 2018 14:00:00 527 0

Səfir: "Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir"

Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlıq fəal şəkildə inkişaf edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat bildirib ki, hökumətlərarası komissiyanın bu yaxınlarda keçirilmiş iclasında müvafiq qərarlar qəbul edilib:

"Azərbaycan son bir neçə il ərzində beynəlxalq hərbi oyunlarda fəal iştirak edir. Bildiyim qədər, bu yarışların bir hissəsi gələn il Azərbaycan ərazisində dənizdə keçirilə bilər".

M.Boçarnikov qeyd edib ki, iki ölkənin müdafiə nazirləri bir ildə bir neçə dəfə təmasda olurlar: "Cari ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi üç dəfə Azərbaycana səfər edib".

Səfirin sözlərinə görə, Rusiyanın hərbi məktəblərində azərbaycanlı hərbi qulluqçulara təlimlər keçirilir: "Rusiyanın Hərbi Dəniz Donanmasının və Sərhəd Xidmətinin gəmilərinin Azərbaycan limanlarına dostcasına girişi icra olunur".