Muğam Mərkəzində Yeni ilə həsr olunmuş konsert keçirilib


Kriminal 24 Dek 2018 14:01:00 549 0

Muğam Mərkəzində Yeni ilə həsr olunmuş konsert keçirilib

Tədbir Muğam Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb

Dekabrın 22-də Beynəlxalq Muğam Mərkəzində Leopold və Mstislav Rostropoviçlər adına 21 №-li оnbirillik musiqi məktəbi şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş konsert keçirilib.

Tədbir Muğam Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilati dəstəyi ilə reallaşıb.

Konsertdə Ə.Əzizovun "Skertso", G.Belştadtın "Napoli", K. Veberin "Sehrli oxatan" operasından ovçuların xoru, P.Çaykovskinin  "İlin fəsilləri"silsiləsindən "Noyabr", F. Şopenin "Etüd", T. Quliyevin "Görüş" k/f-dən mahnı, V. Adıgözəlovun "Lay-lay", F.Əmirovun "1001 gecə" baletindən rəqs, C. Cahangirovun "Yenilməz batalyon" k/f-dən "Köhlən atım" mahnısı, H.Xanməmmədovun "Yaşa könül", Niyazinin "Rast" simfonik muğamından fraqmentlər və digər məşhur xarici və Azərbaycan bəstəkarlarının  əsərləri səsləndi.

Gecədə məktəbin, gəncliklərinə baxmayaraq artıq bir neçə Respublika və Beynəlxalq müsabiqələrin laureatı adlarını qazanmış istedadlı şagirdləri görkəmli bəstəkarların əsərlərini məharətlə  ifa edərək tamaşaçıları sevindirdilər.