Daha 57 nəfərə YAP-a üzvlük vəsiqələri təqdim olunub


Digərləri 24 Dek 2018 14:05:34 402 0

Daha 57 nəfərə YAP-a üzvlük vəsiqələri təqdim olunub

156 nəfər isə YAP sıralarına qoşulmaq üçün ərizə ilə müraciət edib

Bakı. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və ötən dövrdə böyük inkişaf yolu keçən Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə bütün sahələrdə tarixi nailiyyətlərin əldə olunmasında mühüm xidmətlər göstərib. YAP-ın yaradılmasının 25 illiyinə həsr edilmiş yubiley mərasimində Azərbaycan Respublikasının Prezidenti, partiyanin sədri İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil və partiya, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilib. Trend-in məlumatına görə, bunu YAP-ın Yasamal rayonu S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının növbəti iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb. İclas YAP-a üzv olmuş əməkdaşlara partiya vəsiqələrinin təqdim olunması və YAP Yasamal rayonu, Salatın Əsgərova 85 ərazi ilk partiya təşkilatına üzv olmaq üçün ərizələrin qəbulu məsələlərinə həsr olunub.