Komitə sədri: "Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində keçirilən islahatlar xarici ticarət prosesinin sadələşdirilməsinə xidmət edir"


Siyasət 24 Dek 2018 13:45:00 588 0

Komitə sədri: "Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində keçirilən islahatlar xarici ticarət prosesinin sadələşdirilməsinə xidmət edir"

Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sahəsində keçirilən islahatlar xarici ticarət prosesinin sadələşdirilməsinə xidmət edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu "Xarici ticarət iştirakçıları forumu: "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqi" adlı tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, "Yaşıl Dəhliz"lər barədə qərar qəbul etməklə Prezident İlham Əliyev sahibkarlara böyük hədiyyə edib:

"Bu, beynəlxalq təcrübəyə, Beynəlxalq Gömrük Komitəsinin tövsiyəsinə əsaslanan islahatdır və ticarət üçün yeni imkanlar yaradır".

Komitə sədri qeyd edib ki, iqtisadiyyatın inkişafı ilə ölkədə idxal-ixrac əməliyyatları artır:

"Gələn il fevralın 1-dən ofisdən çıxmadan idxal-ixrac əməliyyatlarını həyata keçirməyə imkan verən sistem tətbiq olunacaq. Bu sistem vətəndaşların məmurlarla ünsiyyətini də azaldacaq və bu sahədə şəffaflığı təmin edəcək".

Son.az