Muğam Mərkəzində Əliağa Vahidə həsr olunmuş konsert keçirilib FOTO


Kriminal 24 Dek 2018 13:34:00 778 0

Muğam Mərkəzində Əliağa Vahidə həsr olunmuş konsert keçirilib  FOTO

Beynəlxalq Muğam Mərkəzinin iri miqyasli "Qəzəllər" layihəsi tamaşaçıları bir daha sevindirdi.

Dekabrın 20-də  Beynəlxalq Muğam Mərkəzində, Mərkəzin  "Qəzəllər" layihəsi çərçivəsində  şair-qəzəlxan, əməkdar incəsənət xadimi Əliağa Vahidin qəzəlləri mövzusunda gözəl konsert keçdi.

Konsertdə əməkdar artist Ehtiram Hüseynov və Azərbaycan Televiziyası və Radiosunun solisti Kamilə Nəbiyeva Əliağa Vahidin qəzəllərinə "Rast" dəstgahını ifa etdilər.

Xanəndələri tarda Əliağa Sədiyev, kamançada Elşən Mansurov, nağarada Yusif Əzizov müşayiət edirdilər.

Əliağa Vahidin qəlbləri fəth edən qəzəlləri, şux təsnif və rənglər konserti unudulmaz və rəngarəng etdi.


Xəbərə aid fotolar