Mübariz Mənsimov "Palmali"nin yubileyini təmtəraqla qeyd etdi "Çırağan" məşhurlarla çıraqban oldu FOTO


Dünya 24 Dek 2018 13:25:00 300 0

Mübariz Mənsimov "Palmali"nin yubileyini təmtəraqla qeyd etdi  "Çırağan" məşhurlarla çıraqban oldu  FOTO

İstanbulda yerləşən "Çırağan" sarayında Palmali" şirkətlər qrupunun yaradılmasının 20-ci ildönümü münasibətilə təntənəli mərasim keşirilib.

Son.az xəbər verir ki, musavat.com-un məlumatına xəbərə görə, "Palmali"nin yubiley tədbirinə Türkiyə və Rusiyanıın iş dünyasından ünlü isimlər, məşhur iş adamları, sahibkarlar, bank rəhbərləri qatılıblar.

Qonaqların önündə məşhur səbətçlərdən Sibel Can, Kubat, Nikolay Baskov, Brilyant Dadaşova, Elnur Hüseynov öz proqramları ilə çıxış ediblər. Onlardan bəziləri Azərbaycan mahnıları ifa ediblər.

Bundan başqa, Türkiyənin məşhur sənət adamları - Orxan Gəncəbay, Hülya Avşar, Mahsun Kırmızıgül, Mətin Şəntürk və başqaları qonaqlar arasında olub. Onlardan yalnız Mahsun Kırmızıgül səhnəyə çıxıb və 12 ildən sonra ilk dəfə mahnı ifa edib.