Bakıda qətlə yetirilən oğlan Azərbaycan Texniki Universitetinin tələbəsi olub


Digərləri 24 Dek 2018 13:29:00 331 0

Bakıda qətlə yetirilən oğlan Azərbaycan Texniki Universitetinin tələbəsi olub

Bakıda bıçaqlanaraq öldürülən Xəlilov Elman Elyar oğlu Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə universitetdən məlumat verilib.

Qeyd olunub ki, hadisə 23.12.2018-ci il tarixində, yəni istirahət günündə universitetdən kənarda baş verib:

"Bizdə olan qeyri-rəsmi məlumata görə, 25.07.2000-ci il təvəllüdlü Elman uşaqlıq dostu Murğuzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".