Tottenham-də Manchester United "qadağası"


İdman 24 Dek 2018 13:04:00 359 0

Tottenham-də Manchester United "qadağası"

Tottenham-ın baş məşqçisi Maurisio Poçettino Manchester United-lə bağlı suala konkret cavab verməyib.

Goal.az xəbər verir ki, komandasının Everton üzərində (6:2) qələbəsindən sonra keçirilən mətbuat konfransında Poçettino sualdan yayınıb. Söhbətə müdaxilə edən Tottenham-ın mətbuat katibi bildirib ki, klub rəhbərliyindən heç kim Manchester United-lə bağlı suala cavab verməyəcək. Baş məşqçi isə jurnalistlərə tövsiyə edib ki, şayiələrə inanmasınlar: “Deyilənlər şayiədir. İnanmayın. İşləməli, bütün diqqətimizi oyunlara yönəltməliyik. Uğur üçün bizə məhz bunlar lazımdır”.