Azərbaycan və Rusiya Xəzərdə kruiz turizmini inkişaf etdirmək istəyirlər


Digərləri 24 Dek 2018 13:20:00 796 0

Azərbaycan və Rusiya Xəzərdə kruiz turizmini inkişaf etdirmək istəyirlər

Rusiya və Azərbaycan Trans-Xəzər nəqliyyat xətti yaratmaq, həmçinin kruiz turizmini inkişaf etdirmək niyyətindədirlər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat qeyd edib: "Mən çox şadam ki, bu, Azərbaycanda çox mühüm hadisə hesab olunur. Bu konvensiya (Xəzər dənizinin hüquqi statusu haqqında - red.) konkret məsələlər üzrə əldə olunmuş razılıqlara əməl etməyə imkan verir. Hələ yekunlaşmamış sərhəd məsələləri qalır, lakin Rusiya və Azərbaycan arasında deyil".