Nazirliyin şöbə müdiri: “Torpaq payı olan insan məşğul sayılır” FOTO


Digərləri 24 Dek 2018 13:06:00 375 0

Nazirliyin şöbə müdiri: “Torpaq payı olan insan məşğul sayılır”  FOTO

Son.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar şöbəsinin müdiri Azad Tağızadənin report-a müsahibəsini təqdim edir:

- "Həyat səviyyəsinin təhlili və aktuar hesablamalar" şöbəsinin işi nədən ibarətdir?

- Adətən insanlar şöbənin adındakı "aktuar" sözünü anlamır. Aktuar hesablamalar daha çox ehtimalı olan, heç vaxt konkret fərdə dəqiq proqnoz vermək olmayan məsələlərlə bağlıdır. Məsələn, insan nə qədər yaşayacaq, sağlamlığı necə olacaq, öhdəliklərini necə yerinə yetirə biləcək, sığorta pulunu ödəyirsə nə qədər pensiya alacaq və s. məsələlərlə bağlı riyazi hesablamalara aktuar hesablamalar deyilir. Qeyd etdiyim məsələlər orta hesabla, orta vaxtla müəyyən edilir.

Şöbəmizim adının ilk hissəsinə uyğun olaraq, şöbədə öyrənilən və araşdırılan əsas vacib məsələlər insanların istehlakı, demoqrafiya, insanların gözlənilən həyat uzunluğu, onların həyat tərzi və həyat təhlükəsizliyi, sosial ünsiyyətlilik kimi bir sıra məsələlərlə bağlıdır. Həyat səviyyəsi o deməkdir ki, insan necə və nə qədər yaşayacaq və onun sosial və maddi imkanı necə olacaq. Biz bu istiqamətdə araşdırmalar və statistik məlumatların təhlili ilə məşğul oluruq.

- Şöbədə neçə işçi var?

- Şöbə üç sektordan ibarətdir, cəmi 12 ştatımız var.

- Həyat səviyyəsi necə ölçülür?

- Həyat səviyyəsinin ölçülməsi bir sıra amilləri nəzərə alır. Bunlardan ən rahat ölçülə bilən anlayış kimi insanların gəlir və xərcləridir. Bu çərçivədə həyat səviyyəsi deyəndə adamın nə qədər gəlirinin olması və gəlirini nəyə xərcləməsi nəzərdə tutulur. Azərbaycan vətəndaşının gəlirini digər ölkələrdəki insanların gəliri ilə müqayisə edərkən nəzərə alınmalıdır ki, bu məsələ sadəcə nominal gəlirin miqdarından, məzənnədən asılı deyil.Təssüflər olsun ki, hərdən müəyyən siyasi məqsədlərlə sadəcə gəlirləri müqayisə edirlər. Halbuki müqayisələr aparılarkən əsas diqqəti alıcılıq qabiliyyətinə yönəltmək lazımdır. Yəni məsələnin kökünə baxmaq, həmçinin ərzaq səbətinin və qeyri-ərzaq mallarının qiymətinin, eləcə də xidmətlərin dəyərini müqayisə etmək lazımdır. Elə məhsullar var ki, xaricdə Azərbaycandan dəfələrlə bahadır. Başqa sözlə müqayisələr obyektiv və əsaslandırılmış aparılmalıdır.

- Azərbaycanın hansı bölgələrində həyat səviyyəsi daha yüksəkdir, hansı bölgələrdə həyat səviyyəsi nisbətən aşağıdır?

- Bölgələrdə orta gəlir səviyyəsi var. Təbii ki, gəlir səviyyəsinə görə Bakı şəhəri birinci sıradadır, çünki paytaxtda orta gəlir səviyyəsi yüksəkdir. Ekoloji mühit, evlə təminat və s. məsələləri nəzərə alsaq isə bölgələrdə vəziyyət daha üstündür. Hər bölgə bir xüsusiyyətinə görə statistikada digərini üstələyir. Həyat səviyyəsi mürəkkəb məsələdir, ona görə birqiymətli deyə bilmərik ki, burada həyat səviyyəsi o biri yerdən üstündür. Hər yer bir cəhətə görə üstündür.

- Həyat səviyyəsinin yaxşılaşdırılması üçün nələr etmək lazımdır?

- İlk olaraq, günün tələbinə uyğun olan təhsil olmalıdır və daha çox sabah tələb olunan bilik, bacarıq və vərdişlər öyrədilməlidir.

- Yoxsulluğun nəticələrinin aradan qaldırılmasının təmin edilməsi və imtiyazlı qrupların daim dövlət orqanlarının diqqətində saxlanılması məqsədi ilə informasiya texnologiyaları vasitələrindən istifadə edərək qabaqcıl təcrübəni öyrənirsiniz. Qabaqcıl təcrübə nə deyir?


Xəbərə aid fotolar