"Topaz"da bu gün: Cəmi 5 oyun, ikisi təkli


İdman 24 Dek 2018 12:15:00 503 0

"Topaz"da bu gün: Cəmi 5 oyun, ikisi təkli

Futbol liqalarının bir çoxunda Milad tətili başladığından Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru "Topaz" bu gün müştərilərinə cəmi 5 matç təklif edir. 

Bu görüşlərdən 4-nə canlı, ikisinə isə həm canlı, həm "təkli" mərc etmək olar.  "Təkli" oyunların hər ikisi Türkiyə superliqasının qarşılaşmalarıdır. Olduqca  uğursuz mövsüm keçirən Fenerbahçe ilin son matçında Antalyaspor-un qonağı olacaq. Yeni baş məşqçi Ersun Yanalın rəhbərliyi altında 3-cü oyuna çıxacaq "Fener"i qarşı tərəfdə barışmaz bir rəqib gözləyir. Söhbət Antalyaspor-un baş məşqçisi Bülent Korkmazdan gedir. Futbolçu ikən Fenerbahçe-nın əzəli və əbədi rəqibi  Galatasaray-ın uzun illər kapitanı olmuş Bülent Korkmaz indi Antalyada çalışsa da, keçmiş rəqiblərinə qarşı prinsipaillığını saxladığı şübhə doğurmur. "Sarı- lacivədrlilər" Ersun Yanalla superliqada ilk oyunda xal itirsə də (Erzurum BB ilə 2:2), 4 gün əvvəl kubok matçında Giresunspor-u 5:2 hesabı ilə darmadağın edib. Antalya səfəri öncəsi futbolçularına "ilin son matçını qazanaq, tətilə yüksək əhvalla gedək" deyən Ersun Yanalın komandasının bu axşam özünü necə göstərəcəyi maraq doğurur.  Hazırda 26 xalla 7-ci yerdə qərarlaşan Antalyaspor qələbə qazanarsa, 2-6-cı yerləri bölüşdürən komandalarla eyni xala sahib olacaq. Fenerbahçe üçün qələbənin nə demək olduğunu anlatmağa isə ehtiyac yoxdur.

Saat 21-də başlanacaq qarşılaşmaya "Topaz"da bu əmsallarla mərc etmək olar: Antalyaspor-un qələbəsi 3.90, heç-heçə 3.50, Fenerbahçe"nın qələbəsi 1.80. 

Günün digər "təkli" mərc edə biləcəyiniz qarşılaşması isə Akhisar Belediyye ilə Konyaspor-un duelidir. Akhisarlılar autsayderlər qrupunda - 16-cı yerdədir. Konyalılar isə 8-ci sırada olmasına baxmayaraq bir qələbəylə liderlərlə xal fərqini 2-yə endirə bilər. "Topaz"da bu görüşün əmsalları belədir: Akhisar Belediyye"nin qələbəsi 2.35, heç-heçə 2.90, Konyaspor-un qələbəsi 2.60.  

Mərcinizi ən yaxın "Topaz" məntəqəsində və ya www.etopaz.az saytı vasitəsilə edə bilərsiz.