Bu deputatlara yeni vəzifə verilir


Digərləri 24 Dek 2018 11:58:00 535 0

Bu deputatlara yeni vəzifə verilir

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbər seçiləcək.

Son.az modern.az-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Milli Məclisin qərarına dəyişiklik təklif edilir.

Belə ki, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın  namizədliyi irəli sürülüb.

Milli Məclisin parlamentlərarası üç işçi qrupuna rəhbərlərin seçilməsi məsələsi  parlamentin dekabrın 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.