Cavanşir Quliyev: “Ehtiyac duyularsa, himnimiz aranjeman oluna bilər”


Digərləri 24 Dek 2018 11:49:00 435 0

Cavanşir Quliyev: “Ehtiyac duyularsa, himnimiz aranjeman oluna bilər”

Uzun müddətdir, himnizin aranjeman olunması məsələsi gündəmdədir. Deputat Tahir Kərimli tərəfindən səsləndirilən bu fikir ətrafında müzakirələr hələ də davam edir. 

Son.az xəbər verir ki, bununla bağlı modern.az-a danışan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Cavanşir Quliyev bildirib ki, Azərbaycan Dövlət Himninin aranjemanı musiqiçilərin daxili-texniki məsələsidir, geniş kütlənin bilməsinə ehtiyac yoxdur:

"Hesab edirəm ki, himnimizin aranjeman edilməsinə ehtiyac yoxdur. Amma əgər ehtiyac duyularsa, aranjeman baş tuta bilər. Xatırlatmaq istəyirəm ki, cəmi 4 il əvvəl - Azərbaycanda keçirilən Avropa Oyunlarına hazırlıq mərhələsində himnimizin yeni orkestrləşdirilməsi edilib. Oyunlar zamanı məhz yeni versiya ifa olunurdu".

Himnimizin uzun olması iddialarına gəlincə, Cavanşir Quliyev bunu təkzib edib: