Bərdədə natəmiz vəziyyətdə saxlanılan 686 kq at əti aşkarlanıb


Digərləri 24 Dek 2018 11:43:00 324 0

Bərdədə natəmiz vəziyyətdə saxlanılan 686 kq at əti aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir

Bakı. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir dekabrın 22-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Bərdə şəhəri ərazisində keçirilib.