Əsl möcüzə: balaca Əli


Dünya 24 Dek 2018 10:32:00 312 0

Əsl möcüzə: balaca Əli

İndoneziyadakı dəhşətli sunaminin viran qoyduğu şəhərdəki xarabalıqlar altından 5 yaşlı oğlan çıxarılıb. O, 12 saat sərasər dağıntıların altında qalmışdı.

Son.az Daily Mail-ə istinadən bildirir ki, sunami nəticəsində 281 nəfər həlak olub, 800 nəfər yaralanıb.

"Krakataunun övladı" adlı vulkanın püskürməsi nəticəsində yaranan 6 metr hündürlüyündə dalğa Zond boğazında sunamiyə səbəb olub.

Yava və Sumatra adaları arasındakı sunami 500 evi, 9 oteli, 60 dükanı və 350 qayığı darmadağın edib.

Balaca Əli sunaminin kökündən çıxarıb aşırdığı ağacların altında qalıb xurd-xəşil olmuş maşında idi.


Xəbərə aid fotolar