Sumqayıtda 5 otaqlı ev yandı


Digərləri 24 Dek 2018 09:55:00 581 0

Sumqayıtda 5 otaqlı ev yandı

Sumqayıtda 5 otaqlı ev yanıb.

FHN-dən Son.az-a verilən məlumata görə, şəhərin Corat qəsəbəsində ümumi sahəsi 90 m² olan ikimərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 90 m² sahədə və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.