İnfeksion xəstəliklərə görə 200ə yaxın xəstədən nümunə götürüldü


Digərləri 24 Dek 2018 08:12:00 477 0

İnfeksion xəstəliklərə görə 200ə yaxın xəstədən nümunə götürüldü

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı ölkədəki vəziyyət barədə açıqlama verib.

Son.az xəbər verir ki, Mərkəzin direktor müavini Afaq Əliyeva özəl olaraq Trend-ə bildirib ki, hazırda kəskin respirator virus infeksiyalarına yoluxma mövsümü olsa da, ölkədə bu infeksiyalara yoluxma səviyyəsi ötən illə müqayisədə azalıb. Bu azalma Bakı şəhəri üzrə 10 faizə qədər, ölkə üzrə isə 1 faizə yaxındır.

"Biz RGEM-in yerlərdəki şöbələrindən həftəlik və gündəlik məlumatları alırıq. Bu məlumatlar hələ ki, xəstəliyin yayılma hallarının sayının artdığını göstərmir".

A.Əliyeva bildirib ki, Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, builki payız-qış mövsümündə 200-ə yaxın xəstədən respirator virus infeksiyaları, yaxud qripə bənzər xəstəliklər üzrə laborator müayinələr üçün nümunələr götürülüb. Lakin laborator müayinələrin nəticəsində xəstələrdə heç bir virus aşkarlanmayıb.