Ərdoğan Trampla telefon söhbətindən danışdı


Dünya 24 Dek 2018 07:48:00 257 0

Ərdoğan Trampla telefon söhbətindən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla baş tutan telefon söhbətindən danışıb.

Son.az Trend-ə istinadən bildirir ki, T.Ərdoğan ABŞ prezidenti ilə telefon danışığı zamanı Suriyadakı vəziyyət üzrə daha sıx koordinasiya haqqında razılığa gəldiklərini bildirib: "Bu gün bizim ABŞ prezidenti Donald Trampla çox məhsuldar telefon söhbətimiz oldu. Telefon danışığı zamanı müxtəlif istiqamətlər üzrə koordinasiyamızın genişlənilməsi haqqında razılığa gəldik: ikitərəfli münasibətlərdən Suriyadakı vəziyyətə kimi. Ümid edirəm ki, bu danışıqlar bizim ölkəmiz və bütün region üçün faydalı olacaq".

Bundan əlavə T.Ərdoğan telefon danışığı zamanı Vaşinqtonun son addımlarından məmnun olduğunu və Türkiyənin ABŞ hərbçilərinin Suriyadan çıxarılması prosesinə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "uzun və məhsuldar" telefon danışığının olduğunu bildirmişdi.