Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Patrik Şanaxan təyin ediləcək


Dünya 24 Dek 2018 07:35:00 494 0

Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsinə Patrik Şanaxan təyin ediləcək

ABŞ müdafiə nazirinin birinci müavini Patrik Şanaxan 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsini tutacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "ABŞ müdafiə nazirinin birinci müavini istedadlı Patrik Şanaxan 2019-cu il yanvar ayının 1-dən Pentaqon rəhbərinin səlahiyyətlərinin müvəqqəti icraçısı vəzifəsini tutacağını bəyan etməkdən şadam. Patrik nazir müavini və "Bpeing" şirkətində işlədiyi zamanda çox şeyə nail olub".