Beyrutda qiymət artımına qarşı aksiya toqquşma ilə nəticələnib


Dünya 24 Dek 2018 07:14:00 502 0

Beyrutda qiymət artımına qarşı aksiya toqquşma ilə nəticələnib

Livanın paytaxtı Beyrut şəhərində bahalıq və sosial şəraitin pisləşməsinə qarşı keçirilən kütləvi etiraz nümayişi polislə toqquşmaya gətirib çıxarıb.

Son.az "report"-a istinadən bildirir ki, bu barədə "Al-Watania" agentliyi məlumat yayıb.

Polis dəstələri və ordu gözətçiləri mağaza vitrinlərinin dağıdıldığı və valyutadəyişmə məntəqələrinə hücum edildiyi Hamra ticarət küçəsində gənclərdən ibarət kütlənin qarşısını almaq üçün güc tətbiq edib.