Namaz əsnasında niyyəti dəyişərək sünnədən fərzə keçmək olarmı?


Digərləri 23 Dek 2018 23:35:00 699 0

Namaz əsnasında niyyəti dəyişərək sünnədən fərzə keçmək olarmı?

Namaz əsnasında niyyəti dəyişərək sünnədən fərzə keçmək olmaz. Kim belə edərsə, namazı batil olar və namazı yenidən qılmalıdır. Lakin, qeyd etdiyiniz kimi üzərindən uzun bir müddət (2-3 gün və daha çox) keçərsə, həmin namazı yenidən qılmağa ehtiyac yoxdur. Tövbə etmək kifayətdir. Ancaq dediyiniz kimi qardaşınızın 11 yaşı olduğu üçün o hələ həddi-büluğa çatmamış uşaq sayılır. Həddi-büluğa çatmamış uşağa da etdiyi xətalara görə günah yazılmır.

Son.az zikr.az-a istinadən bildirir ki, Ömər ibn əl-Xattab rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi-büluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...". (Sunən Əbu Davud, "Hudud", 17 - 12/50, №: 4391; İrva əl-Ğalil, 2/4, №: 297). Son.az