2019-cu ilin ən çox gözlənilən avtomobilləri


Digərləri 23 Dek 2018 22:55:40 598 0

2019-cu ilin ən çox gözlənilən avtomobilləri

"Business Insider" portalı avtomobil bazarının 2019-cu il üçün ən çox gözlənilən modellərini açıqlayıb

Bakı. Əli Qasımov - "Business Insider" portalı avtomobil bazarının 2019-cu il üçün ən çox gözlənilən modellərini açıqlayıb. Trend-in məlumatına görə, siyahıya 40 minik avtomobili, yük maşını və yolsuzluq avtomobili daxil edilib. 2019-cu ildə Audi bazara sedanların yenilənmiş versiyalarını buraxacaq: "A6", "A7" və "A8". Bundan əlavə, şirkət yenilənmiş yolsuzluq avtomobili "Q8"in və elektrik mühərrikli "E-Tron"un satışına başlayacaq. "BMW"dən avtomobil həvəskarları yeni "3 Series" sedanı, "8 Series" kupesi və "Z4" roadsterini gözəyirlər. Bundan əlavə, gələn il bazarda "X5" yolsuzluq avtomobillərini yeni nəsili və "X7" flaqmanı da olacaq. Yığcam krossover "XT4" "Cadillac"ın model sırasına əlavə olunacaq. "Honda" isə avtomobil bazarına "Passport" krossoverini buraxacaq. "Hyundai"da öz növbəsində yeniliklər təqdim edəcək - hidrogen ilə işləyən "Nexo" krossoveri və 8 yerli "Palisade", həmçinin "Santa Fe" yolsuzluq avtomobilinin yeni modeli.