Türk ordusu Suriya sərhədinə yeridildi


Dünya 23 Dek 2018 22:33:00 330 0

Türk ordusu Suriya sərhədinə yeridildi

Türkiyə hərbi texnikaları və xüsusi təyinatlı qüvvələri Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə yerləşdirilib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, tankları, ağır artilleriyanı və hərbçiləri daşıyan 100 hərbi maşın artıq sərhədə çatıb və texnikanın bir hissəsi Suriyanın sərhəd ərazilərinə yerləşdirilib.