Başqa qadına ana demək olarmı?


Digərləri 23 Dek 2018 22:10:00 535 0

Başqa qadına ana demək olarmı?

Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ki­çiyimizə rəhm etməyən və böyüyümüzə hörmət göstərməyən kimsə biz­dən deyildir". (əl-Buxari "Ədəbul-Mufrad", 356).

Son.az zikr.az-a istinadən bildirir ki, həmçinin, yaxın bildiyiniz adama hörmət məqsədilə ana deməkdə problem yoxdur. Uca Allah buyurur: "Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...". (əl-Əhzab, 5). Qadağan olunan isə övladlığa götürülən uşağın başqa qadını ana bilib ona ana deməkdir. Həmçinin, doğma ananın qəbr əzabı çəkməsinin bununla əlaqəsi yoxdur. Son.az