Suriyaya sutka ərzində mindən çox qaçqın qayıdıb


Dünya 23 Dek 2018 21:59:00 517 0

Suriyaya sutka ərzində mindən çox qaçqın qayıdıb

Ötən sutka ərzində Suriyaya 1037 qaçqın qayıdıb.

Son.az Trend-ə istinadən bildirir ki, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 368 qaçqın (110 qadın, 188 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 669 qaçqın (201 qadın, 341 uşaq) öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 925 Suriya vətəndaşı qayıdıb.