Allahın "əlMu'ti" və "əlMəniu" adlarının mənası


Digərləri 23 Dek 2018 21:20:00 677 0

Allahın "əlMu'ti" və "əlMəniu" adlarının mənası

əl-Mu'ti sözü bəxş edən, əl-Məniu sözü isə qarşısını alan, həmçinin, qoruyan, yardım edən deməkdir. Allahın əl-Mu'ti və əl-Məniu adları Peyğəmbərin səhih hədislərində zikr edilir. Rəvayət edilir ki, Muğira İbn Şöbə demişdir:  "Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - hər fərz namazından sonra belə deyərdi: "Allahdan başqa həqiqi ilah yoxdur. O təkdir, Onun heç bir şəriki yoxdur. Mülk Onundur və Həmd yalnız Onadır.

Son.az maide.az-a istinadən bildirir ki, o, hər şeyə Qadirdir. Allahım! Sənin verdiyinin qarşısını alacaq, qarşısını aldığını da verəcək kimsə yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hörməti fayda verməz". (Səhih əl-Buxari, 744). əl-Mu'ti və əl-Məniu olan Allah bəndələrinə Öz mərhəməti sayəsində nemət bəxş edən, onun qarşısını isə Öz hikməti ilə alandır. Onun verdiyinin qarşısını almağa, qarşısını aldığını da verməyə kimsə qadir olmaz. O hər şeyə Qadirdir, Müdrikdir. Uca Allah buyurur: "Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də Ondan başqa heç kəs verə bilməz. O, Qüdrətlidir, Müdrikdir". (Fatir, 2).