Bu vərdişlər böyrəklərə zərər verir


Digərləri 23 Dek 2018 21:05:00 625 0

Bu vərdişlər böyrəklərə zərər verir

Paxlaya bənzər cüt orqanlarımız olan böyrəklər qanı filtrasiya edir,orqanizmi metobolizmin son məhsullarından təmizləyir,su-duz mübadiləsini,turşu-qələvi müvazinətini,qan təzyiqini,qanın həcmini tənzimləyir və s. Bu qədər vacib orqanlarımız olan böyrəklərimizə bəzi vərdişlər zərər verir;

Həddindən artıq zülallı qida qəbul etmək Çox miqdarda zülal qəbul etmək zülalların metobolizminin son məhsulu olan amonyakın bədəndə çox miqdarda toplanmasına səbəb olur.Bunu neytrallaşdırmaq üçün böyrəklərə həddindən artıq yük düşür və böyrəklər yavaş-yavaş gücsüzləşir.

Duz Həddindan artıq duz istifadə edildikdə elektrolitləri və qan təzyiqini nizamda saxlamaq üçün böyrəklər həddindən artıq işləməyə məcbur olur.Duz bu şəkildə böyrək çatışmazlığına zəmin yaradır

Dehidratasiya Susuzlaşma-bunun qarşısını almaq üçün orta hesabla günlük 10 stəkan su içmək lazımdır.Daha düzgün miqdar sidiyin rənginə əsasən şəxsin özü tərəfindən təyin edilir