İranın Əfqanıstana məhsul ixracını dayandırıb


Digərləri 23 Dek 2018 20:53:17 361 0

İranın Əfqanıstana məhsul ixracını dayandırıb

İranın Cənubi Xorasan vilayətinin Mahirud sərhədindən sement, kaşı və keramika, dəmir materiallar və yanacağın Əfqanıstanın Fərah vilayətinə ixracı dayandırılıb

Bakı. Elnur Bağışov- İranın Cənubi Xorasan vilayətinin Mahirud sərhədindən sement, kaşı və keramika, dəmir materiallar və yanacağın Əfqanıstanın Fərah vilayətinə ixracı dayandırılıb. Trend-in məlumatına görə, bu sözləri İranın Cənubi Xorasan vilayəti Mahirud Gömrük İdarəsinin rəisi Əli Əkbər Kiyani deyib. Onun sözlərinə görə, Əfqanıstanda maliyyə ilinin sonudur. Qeyd olunan dörd məhsulun ilin sonuna qədər lisenziyası vardır. Buna görə də, məlumat verilənədək Əfqanıstana bu məhsulların ixracı qadağan edilib.