Həm suda, həm də quruda yaşayan heyvanların əti yeyilə bilərmi?


Digərləri 23 Dek 2018 19:45:00 501 0

Həm suda, həm də quruda yaşayan heyvanların əti yeyilə bilərmi?

Baxmayaraq ki, tısbağa və suiti həm suda, həm də quruda yaşayır, İslam alimlərinə görə onların ətinin yeyilməsi halaldır. Şəriətimizdə nəyin halal, nəyin haram olması barədə açıq-aydın təfsilatlı şəkildə xəbər verilib. Haram buyurulan qidalar arasında da tısbağanın və suitinin ətinin haram olması barədə heç bir qadağa bildirilməyib. Uca Allah buyurur: "Allah, - məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla - haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz?...". (əl-Ənam, 119). Son.az zikr.az-a istinadən bildirir ki, lakin tısbağa həm suda həm də quruda yaşayan heyvan olduğu, habelə axar qana sahib olduğu və yumurtasını quruda qoyduğu üçün onu şəriətə uyğun qaydada kəsib yemək lazımdır. Həmçinin əksər İslam alimlərinin rəyinə əsasən suitini də yemək halaldır, ancaq onu da kəsmək lazımdır. Son.az