Qadın ərinin 22 yaşlı sevgilisinin evinə getdi və...


Dünya 23 Dek 2018 18:21:00 534 0

Qadın ərinin 22 yaşlı sevgilisinin evinə getdi və...

Türkiyənin İzmir şəhərində qadın ərinin sevgilisini güllələyib.

Son.az Publika-ya istinadən xəbər verir ki, Ödemiş qəsəbəsində yaşayan 29 yaşlı N.E. taksi sürücüsü olan həyat yoldaşının 22 yaşlı C.K ilə qeyri-rəsmi münasibətdə yaşadığını öyrənib. O, ərinin gənc sevgilisinin ünvanını öyrənərək silah əldə edib və həmin evə gedib. 2 uşaq anası olan qadın burada 22 yaşlı C.K ilə mübahisə edib. O, daha sonra tapançanı çıxararaq 3 dəfə atəş açıb. Güllələrdən biri 22 yaşlı qızın qarnına tuş gəlib və o, səsə yığılan qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Evli kişi ilə sevgi münasibəti quran qızın vəziyyətinin ağır olduğu bildirilir.