İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğu imtahanının nəticələri açıqlandı


Digərləri 23 Dek 2018 17:45:00 603 0

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğu imtahanının nəticələri açıqlandı

İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, imtahanda 475 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 23 dekabr 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 28 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri saat 16:57-dən etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə - 2 nəfər;

BA2 altqrupu üzrə - 7 nəfər;

BA3 altqrupu üzrə - 29 nəfər;

BA4 altqrupu üzrə - 48 nəfər;

BB1 altqrupu üzrə - 43 nəfər;

BB2 altqrupu üzrə - 54 nəfər;