Bakıda Ernan Kresponun başına yüzlərlə adam yığıldı


Digərləri 23 Dek 2018 15:07:00 579 0

Bakıda Ernan Kresponun başına yüzlərlə adam yığıldı

"Bu, Bakıya ilk səfərimdir. Təəssüf ki, burada qısa müddətdə olacağam. Gələn dəfə çalışacağam ki, daha çox vaxtım və şəhəri gəzmək imkanım olsun".

Son.az Report-a istinadən bildirir ki, bunu Bakıda səfərdə olan məşhur argentinalı futbolçu Ernan Krespo jurnalistlərə açıqlamasında deyib.

Hazırda yerli "Banfild" komandasının baş məşqçisi olan 43 yaşlı sabiq hücumçu digər sualları da cavablandırıb...

2019-cu il mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final matçını izləyəcəksiniz?

- Bəli, olacağam. Bu yaxınlarda Argentinanın "Banfild" komandasına baş məşqçi təyin olunmuşam. Ola bilsin, işlə əlaqədar gəlməyim. Amma imkan olsa, alınsa, gələcəyəm.

Finalda hansı komandanı görmək istərdiniz?

- (gülür) "Çelsi", İnter", "Latsio". Çox istərdim ki, bu 3 komandadan hansısa Bakıda olsun. Çünki bu komandalarda özüm də çıxış etmişəm və onlara simpatiyam var.

Adlarını çəkdiyiniz komandalardan 2-si ilə Azərbaycan təmsilçiləri də qarşılaşıblar. Həmin oyunları izləmisiniz?