Dünya gözəli ölümlə çarpışır


Digərləri 23 Dek 2018 14:10:00 326 0

Dünya gözəli ölümlə çarpışır

2013-cü ildə 66 ölkə gözəli ilə yarışmada qalib seçilən filippinli Bi Rouz Santyaqo ilə bağlı yayılan xəbər onun pərəstişkarlarını pərişan edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, arıqlamaq naminə mütəmadi olaraq idmanla məşğul olan Rouz Santyaqonun immun sistemini möhkəmləndirmək üçün qəbul etdiyi dərmanlar fəsad yaradıb. Bu ilin avqustunda Rouz Santyaqoya böyrək çatışmazlığı diaqnozu qoyulub.

Dünya gözəli isə səhhətində yaranan problemlərdən, belə dərmanları istifadə etməzdən öncə həkim məsləhətinin vacibliyindən danışıb.