Generallar Trampı tərk edir: “Böyük Orta Şərq” bitdi?


Dünya 23 Dek 2018 13:56:00 258 0

Generallar Trampı tərk edir: “Böyük Orta Şərq” bitdi?

Tramp biznesmen təfəkkürlü prezident olduğuna görə hərbçilərlə dəfələrlə münaqişəsi olub.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, Ceyms Mettis Pentaqonun rəhbəri kimi 2017-ci ildən fəaliyyət göstərir:

"Mettis dünyanın bir sıra dövlətlərində keçirilən hərbi əməliyyatların iştirakçısı olan praktik generaldır. Onun istefa məsələsi həm hərbçilər, həm də Denokratlar və Respublikaçılar partiyaları tərəfindən birmənalı qarşılanmır. ABŞ-da siyasi proseslər ordunun daxilinə təsir edə bilmir. ABŞ üçün milli, regional və qlobal təhlükəsizlik birinci yerdə dayanır. Orada hərbçilərə olan münasibət tamam başqadır".

Politoloq vurğulayıb ki, Rusiya və İran Suriyada öz maraqlarını qoruyur. Amma ümumi qlobal təhlükəsizliyə təhdidin qarşısını almaq üçün ABŞ orada çox iş görmüşdü: