Məşhur cütlük uşağın adını səsvermə ilə seçdi


Digərləri 23 Dek 2018 11:54:00 540 0

Məşhur cütlük uşağın adını səsvermə ilə seçdi

Türkiyəli aktyor Tolqahan Sayışman və həyat yoldaşı Almeda Abazi doğulacaq uşaqlarına ad qoymaq üçün səsvermə keçiriblər.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, iki ad - Efehan və Alperhan arasında qərarsız qalan cütlük 21 ən yaxın dost və qohumundan ad üçün seçim etmələrini istəyiblər.

"WhatsApp"da keçirilən səsvermədə 12 səs alan Alperhan adı seçilib.