İstanbulda gecə klubunda atışma: yaralılar var


Digərləri 23 Dek 2018 11:26:27 499 0

İstanbulda gecə klubunda atışma: yaralılar var

İstanbulun gecə klublarının birində silahlı insident baş verib.

Trend-in məlumatına görə, gecə yerli vaxtla 03:30 radələrində müştərilərdən biri ilə klubun mühafizəçiləri arasında mübahisə baş verib. Klubdan ayrılan müştəri yarım saat sonra bir neçə nəfərlə geri qayıdıb. Silahlı şəxslərin klubu atəşə tutması nəticəsində 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.