Prezident İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçilib


Siyasət 23 Dek 2018 10:47:00 337 0

Prezident İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçilib

Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq seçim 16 bölgədə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan dərnəklər və 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.

"İlin dövlət başçısı" mükafatının Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacağı bildirilir.

Son.az