Türkmənistan prezidenti Yeni il öncəsi mahnı oxuyub


Dünya 23 Dek 2018 10:04:00 370 0

Türkmənistan prezidenti Yeni il öncəsi mahnı oxuyub

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Yeni il öncəsi mərasimdə özünün şəxsi mahnılarını ifa edib.

Son.az Report-a istinadən xəbər verir ki, videogörüntülər "Türkmənistan Xronikası"nın "YouTube"dakı kanalına yerləşdirilib.

Berdiməhəmmədov ingilis, alman və türkmən dillərində mahnılar oxuyub, o, həmçinin royalda da müşayiət edib. Mərasimdə prezidentin nəvəsi Kərimqulu da çıxış edib. Bildirilir ki, mahnıların müəllifi odur.

Videoyazının altında qeyd edilir ki, Türkmənistan prezidenti mahnılarını daim özü yazır və başqaları onları təkrar oxuyur.