BMT Krımla bağlı qətnamə qəbul etdi, Rusiya coşdu:


Dünya 23 Dek 2018 09:45:00 414 0

BMT Krımla bağlı qətnamə qəbul etdi, Rusiya coşdu:

BMT Baş Assambleyası Ukraynanın Krımda insan haqlarının pozulması ilə bağlı qətnaməsini qəbul edib.

Son.az Report-a istinadən xəbər verir ki, səsvermə zamanı 65 ölkə sənədin lehinə, 27-si isə əleyhinə səs verib, 70 ölkə bitərəf qalıb.

Baş Assambleyanın iclasında çıxış edən Rusiya daimi nümayəndəliyinin təmsilçisi qətnamənin son dərəcə siyasiləşdirildiyini, etibarsız və saxtalaşdırılmış məlumatlara əsaslandığını bildirib.