Azərbaycana qış daxil oldu


Digərləri 23 Dek 2018 09:02:00 366 0

Azərbaycana qış daxil oldu

Bu gün Azərbaycana qış fəsli daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib ki, qış fəslinin gəlişi dekabrın 22-dən 23-ə keçən gecə, Bakı vaxtı ilə saat 02:22-də baş verib. Həmin tarixdə payız fəsli başa çatıb, ölkə ərazisinə qış fəsli daxil olub.

X.Mikayılov qeyd edib ki, Yer "Qış günəş duruşu"ndan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: "Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra - hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik".