Azərbaycanda özünüməşğulluq proqramının


Digərləri 23 Dek 2018 09:05:00 756 0

Azərbaycanda özünüməşğulluq proqramının

2019-cu ildə Azərbaycanda bu il 7,7 min insanın cəlb edildiyi özünüməşğulluq proqramının əhatəsinin genişləndiriləcəyi gözlənilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, gələn il işsizlərin və iş axtaran vətəndaşların özünüməşğulluq proqramına cəlb edilməsi prosesi proqramın növbəti mərhələsi çərçivəsində davam etdiriləcək: "2018-ci il yanvar ayınının 1-dən "İşsizlikdən sığorta haqqında" qanunun qəbul edilməsiylə yaranan yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhəmiyyətli dərəcədə genişlənməsini və davamlı tətbiqini təmin edəcək".

Nazirlikdən bildiriblər ki, proqram çərçivəsində təlimini başa vuranlar və biznes-planları müvəffəqiyyətli hesab edilənlər lazımi mallar və materiallarla təmin ediləcəklər: "Bu gün üçün 7,26 min insanın biznes planları müvəffəqiyyətli kimi qiymətləndirilib, onlardan 1,27 mini isə artıq aktivlərlə təmin edilib. Treninqlərə cəlb edinlərdən 1,3 mindən çoxu qadınlar, təxminən 1,03 mini gənclər, 816-sı ünvanlı sosial yardım alanlar, 313-ü əlil insanlar, 65-i isə azadlığa çıxan keçmiş məhbuslardır".