Rusiyada mədəndə qalan 9 mədənçidən 8nin meyiti aşkar edilib


Dünya 23 Dek 2018 09:10:00 269 0

Rusiyada mədəndə qalan 9 mədənçidən 8nin meyiti aşkar edilib

09:10

Dağ xilasediciləri Solikamskda "Uralkaliya" şaxtasında səkkiz nəfərin cəsədlərini aşkarlayıb.

Son.az "Report"a istinadən bildirir ki, xilasedicilər şaxtaçıların qaldığı mədənə yeddinci dəfə enməyə təşəbbüs ediblər.

Perm diyarının qubernatoru Maksim Reşetnikov və əlahiddə hərbiləşdirilmiş Bereznikovsk mədən-xilasetmə dəstəsinin komandiri Mixail Pestov doqquz işçinin sağ qalmaq şanslarının cüzi olduğunu bildiriblər.

Xatırladaq, dağ xilasediciləri yüksək temperatura və metal konstruksiyaların deformasiyasına görə şaxtaçıların olduğu yerə enə bilmirdilər.

09:03

Rusiyanın Perm vilayətində xilasedicilər qəza nəticəsində mədəndə qalan 9 mədənçidən 8-nin meyiti aşkar edib.