Zaqatala sakini kəsdiyi ağacın altında


Digərləri 23 Dek 2018 09:12:00 835 0

Zaqatala sakini kəsdiyi ağacın altında

Zaqatalada 33 yaşlı kişi kəsdiyi ağacın altında qalaraq ölüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Danaçı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Murad Əhməd oğlu Mehdiyev pay torpağındakı ağacı kəsərkən ehtiyatsızlıqdan ağac onun üstünə düşüb. M.Mehdiyev aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Zaqatalada intihar hadisəsi baş verib.