Fransada etiraz aksiyalarının iştirakçılarının sayı 38 mini keçib


Digərləri 23 Dek 2018 01:22:11 314 0

Fransada etiraz aksiyalarının iştirakçılarının sayı 38 mini keçib

Fransada "sarı jiletlər"in yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında təxminən 39 min insan iştirak edib

Bakı. Fransada "sarı jiletlər"in yanacağın qiymətinin qalxması ilə əlaqədar etiraz aksiyalarında təxminən 39 min insan iştirak edib. Trend-in "BFM" telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 18:00 üçün etiraz aksiyalarında 38,6 min insan iştirak edib. Ötən şənbə günü keçirilən aksiyalarda isə 66 min insan iştirak etmişdi. Telekanalın məlumatına əsasən, bütün Fransada etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb. Onlardan 81-i həbs edilib.