ABŞ geri çəkiləndə də xainlik edir,


Dünya 22 Dek 2018 23:02:00 317 0

ABŞ geri çəkiləndə də xainlik edir,

Vaşinqton Türkiyəyə qarşı əməliyyat üçün PKK-ya yardım edir

Pentaqonun Suriyadakı əsgərlərini geri çəkib çəkməyəcəyi məsələsi müzakirə olunduğu bir vaxtda ABŞ-ın PKK terror təşkilatına 500 yük maşını dolu silah-sursat göndərdiyi açıqlanıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həmin yük maşınları Suriyanın Qamışlı və Dərik adlanan ərazilərinə göndərilib. Artıq silah dolu maşınların Türkiyə ordusunun əməliyyat aparacağı bölgələrdə yerləşdirildiyi qeyd olunur.

Türkiyə mediasının yaydığı xəbərdə bildirilir ki, PKK-ya yardım üçün göndərilən bu silahlar Türkiyə əsgərləri və Azad Suriya Ordusunun əleyhinə istifadə edilərək terrorçuların təhlükəsizliyini möhkəmləndirəcək.