Uşaqlar üçün sevgi nədir?


Digərləri 22 Dek 2018 22:55:00 602 0

Uşaqlar üçün sevgi nədir?

Aparılan araşdırma zamanı 4-8 yaş arası uşaqlara "Sevgi nədir?" sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.

Uşaqların dünyasında sevgi nədir?

Rebeka (6 yaş) - Mənim nənəm xəstələnəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına "lak" çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə özü edirdi. Bu, sevgidir.

Billi (4 yaş) - Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş) - Sevgi - yeməyə gedəndə qarşılığında heç nə istəmədən qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

Terri (4 yaş) - Sevgi - yorulanda belə, səni gülməyə məcbur edən yeganə şeydir.

Denni (7 yaş) - Sevgi - anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.